Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Korotçenko: Bakı İrəvanın “hərbi dişini” çıxartdı

Baxılıb: 896     Tarix: 25-09-2024 12:46   

Bu gün İrəvan sülh pərdəsi altında mövqeyini həm ölkə daxilindəki insanlara, həm də beynəlxalq ictimaiyyətə “bəyaz və yumşaq” formada təqdim edir.
Qanunvehedef.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib.
“Bütün bunlar ona görədir ki, Azərbaycan 2020-ci ildə, sonra isə 2023-cü ildə Ermənistanın hərbi dişlərini çıxarıb. Bu edilməsəydi, İrəvanın simasında daha aqressiv, qana susamış, hələ də Azərbaycan ərazilərini işğalda saxlayan, heç bir sülh danışıqları haqqında düşünməyən döyüş maşını görərdik”, - o bildirib.
Korotçenkonun sözlərinə görə, Azərbaycan öz gücünə və hərbi potensialına arxalanaraq müasir tarixi necə yazacağını göstərib, sübut edib:
“Məhz buna görə də gələcəkdə Ermənistan və onun himayədarlarının təcavüzkar planlarına yol verməmək üçün bu potensialın yaradılması və təkmilləşdirilməsi davam etdiriləcək. Kənar oyunçular Ermənistanın “əli” ilə bölgəni yenidən xaosa məruz qoyaraq, qanlı vətəndaş qarşıdurmasına salmaq istərdilər. Amma Azərbaycan buna imkan verməyəcək”.

Qanunvehedef.az шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking