Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xanlar Vəliyev: 12 il ərzində törədilmiş bəzi cinayətlər yenidən araşdırılıb

Baxılıb: 824     Tarix: 01-10-2024 11:11   

“Azərbaycan Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və digər ağır cinayətlər istintaqı yenilənməklə yenidən araşdırılıb”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə respublika hərbi prokuroru Xanlar Vəliyevin “Respublika” qəzetindəki məqaləsində bildirilib.
Xanlar Vəliyevin sözlərinə görə, 2005-ci ildən başlamaqla əvvəlki illərdə də Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılan uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmayıb.
Bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilib.
Hərbi prokuror qeyd edib ki, səriştəli aparılan istintaq hərəkətləri nəticəsində 25-dən çox cinayət işinin ibtidai araşdırması yekunlaşdırılıb. Nəticədə cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2