Xəzər Rayon İcra başçısı Anım mərasimlərində iştirak edib
Baxılıb: 1 672 Tarix: 15-10-2024 11:31
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan Yusifzadə Ramil Adəm oğlu, Süleymanov Azər Haqverdi oğlu, Əhmədov Natiq Namiq oğlu, o cümlədən Abdullazadə Qasım Əli oğlunun və Məmmədov Nahid Vahid oğlunun ildönümü günlərində ailələri ziyarət olunub şəhidlərin məzarları önünə gül dəstələri düzülərək dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib. Anım mərasimlərində Xəzər Rayon İcra Hakimiyti Başçısı Elşən Salahov,YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov RİH başçısının müavinləri, şöbə müdirləri, şəhidlərin doğmaları və yaxınları iştirak edibər. Tədbirlərdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov şəhidlərin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidlərin valideynlərinə təşəkkür etmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu qeyd edərək, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qəni Hüseynov
Ən çox oxunanlar
Son xəbərlər