Xəbər lenti
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov növbəti səyyar görüş keçirib

Baxılıb: 1 808     Tarix: 17-10-2024 13:14   

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə qəsəbələrdə sakinlərlə keçirilən səyyar görüşlər davam etdirilir.
16.10.2024-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov 181 saylı tam orta məktəbdə Mərdəkan  qəsəbəsinin sakinləri ilə görüşüb.Səyyar görüşdə RİHB-nın müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Elşən Salahov çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu amilinin təşkil etdiyini və qəsəbələrdə vətəndaşlarla keçirilən səyyar görüşlərin də bu məqsədə xidmət etdiyini bildirib.Elşən Salahov qəbulda iştirak edən sakinlərin problemlərini dinləyib, onları narahat edən məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qəni Hüseynov
   

Qanunvehedef.az



{sape_links}{sape_article}