Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məcnun Məmmədovun qəbuluna düşmək istəyənlərin nəzərinə!

Baxılıb: 906     Tarix: 21-10-2024 11:38   

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qanunvehedef.az xəbər verir ki, qəbul oktyabrın 25-də saat 09:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-544-74-94) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar