Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ziyafət Əsgərov: Bu halda sülh müqaviləsi necə imzalana bilər?

Baxılıb: 1 807     Tarix: 22-10-2024 11:49   

“Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Hal-hazırda Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir. Bəs belə olan halda, sülh müqaviləsi necə imzalana bilər?”
Qanunvehedef.az xəbər verir ki, bunu vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını alan onların öz Konstitusiyasıdır. Çünki Ermənistan Konstitusiyasında və müstəqillik aktında “Dağlıq Qarabağ Ermənistan ərazisidir.
Alayarımçıq sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Müstəqillik aktından və konstitusiyasından “Dağlıq Qarabağ Ermənistanın ərazisidir” ifadələri çıxarılmadığı halda sülh müqaviləsi imzalana bilməz. Azərbaycan Prezidentinin bu məsələdə mövqeyi Azərbaycan xalqının mövqeyinə uyğundur”, - deyə Z.Əsgərov bildirib.

Qəni Hüseynovшаблоны для dle 11.2