Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İlham Əliyev Viktor Orbanı təbrik etdi

Baxılıb: 967     Tarix: 23-10-2024 12:15   

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qarşılıqlı inam və etimada əsaslanan və gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və fəal siyasi dialoqun mövcudluğu bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır.
Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar