Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Həkim Günay Məmmədbəyli ABŞ-da ölkəmizi təmsil etdi - Fotolar

Baxılıb: 922     Tarix: 24-10-2024 14:12   

Azərbaycanda İlk Dəfə Kimyaterapiya Alan Qadın Sağlam Uşaq Dünyaya Gətirdi. Hamiləliyi müşahidə edən Baku Medical Plaza Babək filialının həkimi Günay Məmmədbəyli bu mövzu ilə ölkəmizi ABŞ-da təmsil edib.
Qanunvehedef.az xəbər verir ki, Baku Medical Plaza şəbəkəsinin tanınmış həkimlərindən Günay Məmmədbəyli, ABŞ-da keçirilən beynəlxalq "Gynecology and Women's Health" konfransında ölkəmizi layiqincə təmsil edib.
Konfrans dünyanın müxtəlif ölkələrindən tibbi mütəxəssisləri bir araya gətirərək, qadın sağlamlığı və ginekologiya sahəsindəki yenilikləri və qabaqcıl təcrübələri müzakirə etmək məqsədi daşıyır.
Bu prestijli tədbirdə Baku Medical Plaza Babək filialının Cərrah mama-ginekoloqu Günay Məmmədbəyli tərəfindən aparılan təqdimat, Azərbaycan səhiyyəsinin qadın sağlamlığı sahəsində əldə etdiyi nailiyyətləri, eyni zamanda ölkəmizdə qadın xəstəliklərinin profilaktikası və müalicəsi üzrə tətbiq edilən yeni metodları əks etdirib. Onun təqdimatı iştirakçılar arasında böyük maraq doğurdu və qadın sağlamlığının qorunmasına dair innovativ yanaşmalarla bağlı müzakirələrə yol açıb.
Həkimin çıxışı zamanı o, həmçinin Azərbaycanın səhiyyə sisteminin inkişafı və beynəlxalq əməkdaşlıqların əhəmiyyətinə də toxunmuş, bu cür konfransların bilik və təcrübə mübadiləsindəki rolunu vurğulayıb.
Konfransda iştirak Azərbaycan səhiyyə sisteminin qlobal səviyyədə tanınması və qadın sağlamlığı sahəsində qabaqcıl təcrübələrin ölkəmizə gətirilməsi üçün mühüm addım hesab olunur. Bu uğurlu təmsilçilik, Azərbaycanın dünya səhiyyəsindəki mövqeyini daha da gücləndirir.

 
Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking