Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza təbrik etdi

Baxılıb: 936     Tarix: 29-10-2024 15:23   

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, məktubda Türkiyənin gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrildiyi qeyd olunub, qardaş ölkə olaraq Azərbaycanın Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevindiyi və bundan qürur duyduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı iki ölkənin xalqının qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir.
Dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində Azərbaycan və Türkiyənin bu gün dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr olduğu vurğulanıb.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar