Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İlham Əliyev Turizm haqqında qanuna dəyişiklik etdi

Baxılıb: 1 040     Tarix: 30-10-2024 15:25   

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növləri müəyyənləşib.
Qanunvehedef.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Turizm haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilib:
- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;
- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;
- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar