Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Vətən müharibəsində ordumuzun uğurları ilə bağlı xəbərlər ədliyyə orqanlarında sevinc hissi ilə qarşılanırdı

Baxılıb: 1 112     Tarix: 04-11-2024 12:15   
 
2020-ci ilin payızında baş vermiş və əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi zamanı böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirən ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza dəstək məqsədilə könüllü olaraq öz əmək haqları fondundan Silahlı Qüvvələrə Yardım Fonduna xeyli vəsait köçürmüşlər. Təbii ki, gündəlik dövlət qayğısı ilə əhatə olunan və ən yüksək səviyyədə təchiz edilən Azərbaycan Ordusu üçün edilən bu təşəbbüs hərbçilərimizlə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunmuşdur.
Həmçinin ədliyyə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstərmişlər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq zəruri tədbirlər görülür. Eyni zamanda, cəbhəboyu şəhər və rayonlarda təhlükəli və gərgin şəraitdə fəaliyyət göstərən işçilərə əlavə maddi dəstək göstərilmişdir.
Vətən müharibəsində ordumuzun uğuru, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı dövlətimizin başçısının xoş müjdəli xəbərləri, o cümlədən tvitter hesabı ilə xalqa çatdırdığı zəfərlər ədliyyə orqanlarında sevinc hissi ilə qarşılanmışdır. Bu münasibətlə nazirlikdə keçirilən tədbirlərdə torpaqlarımızın azad edilməsi böyük coşqu ilə qeyd olunmuş, ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla anılmışdır.
Xalqımıza unudulmaz və hədsiz fəxarət hissləri yaşatdığı üçün ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunmuş, tarixi qələbələrimiz münasibətilə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətlər qəbul olunmuş, işğaldan azad olunmuş torpaqlarımızın tezliklə dirçələcəyinə, bərpa-quruculuq və abadlıq işləri aparılaraq yenidən orada həyat qaynayacağına qəti əminlik vurğulanmışdır.
Bu dövrdə həmçinin, ədliyyə işçiləri Birinci vitse-prezidentin çağırışlarına fəal qoşularaq sosial şəbəkələrdə vətəndaş mövqeyindən çıxış etməklə ermənilərin yalan təbliğatının və dezinformasiyalarının qarşısının alınması məqsədilə müxtəlif dillərdə çoxsaylı məlumatlar və digər materiallar paylaşmışlar. Bununla yanaşı, nazirlik tərəfindən Azərbaycan həqiqətlərinin təbliği və geniş yayılması məqsədilə "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması yaradılmışdır.
Üç dildə (Azərbaycan, ingilis və rus) olan, daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən platformada Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri və Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı yönələn müharibə cinayətləri ilə bağlı dünyanın nüfuzlu medialarına müsahibələri, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial çağırışları və çıxışları, dövlət başçısının və birinci xanımın azad edilmiş rayonlarımıza səfərləri və digər rəsmi xəbərlər, qanun və fərmanlar, tarixi sənədlər yerləşdirilmişdir. Həmçinin burada zəfərlərimizə, Azərbaycan Bayrağının doğma torpaqlarımızda ucaldılması mərasimlərinə dair video-materiallar, əzəli torpağımız olan Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələri barədə fotoqalereya, bu sahədə hüquqi maarifləndirməyə dair nazirliyin məlumatları mövcuddur. Digər saytlara da inteqrasiya olunmuş platformadan artıq minlərlə istifadəçi yararlanmışdır.
Bütün Azərbaycan xalqını, dünya azərbaycanlılarını Vətən müharibəsində tarixi qələbəmiz münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın qalib Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Niyazi Yusifli, Saatlı rayon Notariat Ofisinin xüsusi notariusuшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar