Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

POYEZİYA

Baxılıb: 1 417     Tarix: 14-11-2024 14:28   

Sahin Hemidli 

Dərdini hamıdan 
gizlədir payız
Dumanın içində qalıbdır dərə,
Yamacın yolları açıq qalıb ki,
Zirvədə yaranıb gözəl mənzərə
Başında buluddan tacı qalıb ki.
Göyə bulud gəlib hava qaralıb,
Son bahar boylanır güllər içindən.
Yaşıllıq çəməndən düşüb aralı,
Otlar şehə batıb qan-tər içində.
Basıb öz bağrına hər tərəfi çən,
Bir qaya dibində bulag ağlayır.
Batıb qulaqları səssizliyindən,
Sükütün içində bu dağ, ağlayır.
Meşə itib-batıb xəzan içində,
Ağaclar üstünə qol- budaq düzüb.
Dumanlar dərədə əzab içində,
Onlarl seyr edən göy dodaq büzüb.
Küləkli havayla çəkir içini,
Səpir bu torpağa bir ətir, payız.
Hamıya göstərir öz sevincini,
Dərdini hamıdan gizlədir payız.

 Şeri Paylaşdı
Qəni Hüseynov
Qanunvehedef.az saitinin şöbə müdiri






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar