Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ağdaş və İsmayıllıda yeni təyinatlar

Baxılıb: 826     Tarix: 16-11-2024 12:59   

Ağdaş Dövlət Humanitar Kollecinə və İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni təyinatlar olub. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentliyin müvafiq əmri ilə Mirvari Ağayeva Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, Ülviyyə Nəzərova isə İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Belə ki, M.Ağayeva 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində  “Biologiya müəllimliyi” ixtisası üzrə ali təhsil alıb. O, 2015-2021-ci illərdə Ağdaş Dövlət Humanitar Kollecində müəllim, 2021-ci ildən təcrübə rəhbəri vəzifəsində çalışıb, 2024-cü ilin iyul ayından isə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsini müvəqqəti olaraq icra edib.
Ü. Nəzərova isə 2002-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda “Tarix müəllimi” ixtisası üzrə ali təhsil alıb. O, 2006-2023-cü illərdə Oğuz rayonunun Baş Daşağıl kənd tam orta məktəbində müəllim, 2023-cü ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking