Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Təhlil əhəmiyyətli fərqlərin olduğunu göstəri - Vüqar Gülməmmədov:

Baxılıb: 961     Tarix: 25-11-2024 15:20   

“Apardığımız təhlillər göstərir ki, ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların hesabatlılığının təkmilləşdirilməsinə ehtiyac var”.
Qanunvehedef.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Dövlət büdcəsinin investisiya xərclərini statistik hesabatlardakı müvafiq göstəricilərlə müqayisə etmişik. Təhlil əhəmiyyətli fərqlərin olduğunu göstərir. Fərqlərin səbəblərini araşdırmağa çalışmışıq. Fərqlərin bir hissəsi metodoloji yanaşmalarla bağlı olsa da, digər hissəsi bəzi qurumların statistika hesabatlarının təqdim etmə intizamındakı problemlərindən irəli gəlir.
Qeyd olunan hallar sonda ölkənin makroiqtisadi göstəricilərinin doğruluğuna da təsir etməkdədir. Hesab edirik ki, bu məsələ ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətindəki əlaqələndirmə bir qədər də gücləndirilməlidir”, - deyə V. Gülməmmədov bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2