Fərhad Məmmədov 70
Baxılıb: 854 Tarix: 27-11-2024 11:47
Bu günlərdə 70 illik yubileyini qeyd etməyə hazırlaşan həmkarımız Fərhad Məmmədov həmişə peşəsinə sədaqəti və həmkarlarına qayğılı münasibəti ilə seçilib. Daşıdığı təməl xüsusiyyətlər özündən gənc həmkarlarının jurnalistikaya rəğbətinin formalaşmasına, bu yolda addımlamalarına stimul verib. Fərhad müəllim istedad amilinin jurnalistika üçün nə dərəcədə böyük anlam daşıdığını əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarıb.Məmmədov Fərhad 30 noyabr 1954-cü il tarixdə Cəllabad rayonunun Həsənli kəndində anadan olmuşdur. Hələ gənc yaşlarından dövri mətbuatda müxtəlif səpkili məqalələrlə çıxış edir. Hazırda “Qanun və Hədəf” beynəlxalq ictimai-siyasi hüquq qəzetində Hüquq şöbəsinin müdiri vəzifəsində işləyir.Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələrə, dövlətimizin rəhbərliyi tərəfindən aparılan mütərəqqi islahatlara cəmiyyətin, ictimaiyyətin münasibətini öyrənib oxucuları ilə paylaşmaq Fərhad Məmmədov jurnalistika fəaliyyətində mühüm istiqamət təşkil edir.
Media ictimaiyyəti, jurnalist birlikləri Fərhad Məmmədov yaradıcılığına yüksək dəyər vermiş, onu müxtəlif media və ədəbi mükafatlara layiq görmüş, fəxri adlarla təltif etmişdir. Fərhad Məmmədov jurnalist fəaliyyətində əldə etdiyi uğurlu nəticələrə, peşə etikasının tələblərinə riayət etdiyinə, seçdiyi mövzulara yanaşmada obyektiv, qərəzsiz mövqeyinə görə “Qanun və Hədəf” qəzetinin Fəxri Diplomuna layiq görülmüşdür. Fərhad Məmmədovun adı jurnalistikamızda tələbkarlıq, təşəbbüskarlıq, prinsipiallıq simvoludur.
Fərhad Məmmədov həm də nümunəvi ailə başçısı, qayğıkeş ata, nəvazişkar babadır. Yeni Azərbaycan Partiyasının Üzvüdür.
Fərhad müəllimə möhkəm can sağlığı, peşə fəaliyyətində, ədəbi yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər, tükənməz təsir bağışlayan enerjisini daim qoruyub saxlaya bilməsini arzulayırıq.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər