Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Türkiyənin xarici işlər naziri Hakan Fidandan Suriyadakı terrorçulara - Xəbərdarlıq

Baxılıb: 846     Tarix: 08-01-2025 09:56   

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı PKK, YPG terrorçularına xəbərdarlıq edib.
Qanunvehedef.az xəbər verir ki, o, bu barədə “CNN Türk”ə müsahibəsində deyib.
Nazir söyləyib ki, terrorçular Suriyanı tərk etməlidir: “Onlara (PKK/YPG) verdiyimiz ultimatum göz qabağındadır. Biz bunu amerikalılar və mətbuat vasitəsilə verdik. Əgər onlar bölgədə nə bizim tərəfimizdən, nə də Suriyada yeni administrasiya tərəfindən hərbi əməliyyat olmasını istəmirlərsə, bunun şərtləri bəllidir”.
Fidan bildirib ki, terror təşkilatı üzvləri Suriyanı tərk etdikdən sonra digər kadrlar da silahı yerə qoyaraq yeni sistemə qoşulmalıdır:
“Bu qansız, problemsiz bir keçiddir. Digər tərəfdən, orada PKK üzvü olmayan Suriya kürdlərinin də iştirak etmələri, canlarına və mallarına zərər vermədən normal həyata davam etmələri lazımdır. Suriyadakı yeni administrasiya da buna zəmanət verir. Çünki bu bizim şərtlərimizdən biridir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar