Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Blinkenin postuna onun namizədliyi təsdiqləndi

Baxılıb: 944     Tarix: 21-01-2025 10:28   

ABŞ Senatı Marko Rubionun dövlət katibi postuna namizədliyini təsdiq edib.
Qanunvehedef.az “CNN” telekanalına istinadən xəbər verir ki, 99 senator Rubionun namizədliyinin lehinə səs verib.
Əleyhinə çıxış edən olmayıb.
O bu vəzifədə Entoni Blinkeni əvəz edib.
Qeyd edək ki, 54 yaşlı Marko Rubio Mayamidə Kuba mühacirlərinin ailəsində dünyaya gəlib.
O, 2000-ci ildə Florida ştatının Nümayəndələr palatasının üzvü, 2005-ci ildə isə palatanın spikeri olub. 2008-ci ildə ştatın Nümayəndələr palatasını tərk edən siyasətçi bir müddət müəllim fəaliyyəti ilə məşğul olub. Rubio 2011-ci ildə isə ABŞ senatına seçilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}