Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov növbəti dəfə sakinlərlə görüşdü

Baxılıb: 2 125     Tarix: 22-01-2025 12:43   

Yasamal rayonunda sakinlər üçün yanvar ayı üzrə növbəti səyyar qəbul keçirilib.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RİH-in vəzifəli şəxsləri, bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.
Yasamal rayonunun sakinləri bina həyətlərinin abadlaşdırılması, liftlərin təmiri, sahibsiz itlərlə mübarizə, bina həyətlərində şlaqbaumun quraşdırılması, mənzillərdə istilik sisteminin işlək vəziyyətə gətirilməsi, yığılıb qalmış kommunal borclar, qurumuş ağacların budanması və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırıblar.
İcra başçısı qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verib.
Qəbuldan sonra RİH başçısı bəzi sakinlərin fərdi müracətlərini də dinləyib. Bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

Qəni Hüseynov









Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar