Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rusiya Prezidenti Putin bu əraziləri alacaq, AB ordusu Ukraynaya gələcək...

Baxılıb: 1 102     Tarix: 22-01-2025 13:44   

Trampın üç ilə yaxındır davam edən Ukrayna münaqişəsinə son qoymaq strategiyası formalaşmağa başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bunu britaniyalı hərbi ekspert Entoni Qlis “Deyli Star”a müsahibəsində deyib.
“Tramp vəzifədə olduğu ilk gündə Ukraynada sülh bağlayacağını söylədi. Daha sonra oktyabr ayında o, bir qədər geri çəkildi, “çox tezliklə” sülh olacağını vəd etdi və bunun Qəzzada olduğundan daha çətin olacağını vurğuladı. Oktyabr ayından bəri Trampın ətrafındakı yüksək vəzifəli rəsmilər sülh müddətini günlər və ya həftələr əvəzinə aylara keçirib, Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi general-leytenant Keyt Kelloq bu yaxınlarda “Foks Nyus”a 100 gün ərzində həll yolunun tapılacağına söz verib”, - o bildirib.
Qlisin sözlərinə görə, Tramp Putinə təklif verəcək və Zelenskinin boynuna razılaşmanı taxacaq ki, hərbi əməliyyatlar dondurulsun:
“Putin artıq ilhaq etdiklərini qoruyacaq, Ukrayna NATO-ya qoşulmaq şansını əbədi olaraq itirəcək və NATO-nun avropalı üzvləri istəsə, Putinin qüvvələrinə atəş etməyəcəyi şərtilə iki dövlət arasındakı bufer zonasında fəaliyyət göstərməsinə icazə veriləcək”.

Qanunvehedef.az шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar