Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Şüvəlan qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirilib

Baxılıb: 1 993     Tarix: 23-01-2025 13:16   

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şüvəlan qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar qəbulu keçirilib.
   22 yanvar 2025-ci il tarixində Şüvəlan qəsəbəsi, 156 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şüvəlan bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
   Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkəmizin bütün bölgələrində, o cümlədən, Xəzər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.
   Sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyib.
  Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Qəni Hüseynov


шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar