Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məhkəmə Trampın vətəndaşlıqla bağlı Fərmanını blokladı

Baxılıb: 1 032     Tarix: 24-01-2025 11:11   

ABŞ-nin Vaşinqton ştatının dairə məhkəməsi Prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran Fərmanını bloklayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Sietl şəhərindəki federal hakim Con Kofinur prezident Fərmanının icrasını müvəqqəti dayandırıb.
Mən 40 ildən çoxdur ki, hakiməm və bu cür açıq-aşkar qanunazidd Fərmanın olduğunu heç vaxt görməmişdim”, - mənbə hakimdən sitat gətirib.
Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlayan Tramp həmin gün axşam ABŞ vətəndaşlığının doğum hüququ ilə verilməsini məhdudlaşdıran Fərman imzalayıb. Fərman fevralın 19-dan qüvvəyə minməli idi.
Lakin ertəsi gün 22 ştatın səlahiyyətliləri Trampın Fərmanına etiraz etmək üçün Amerika məhkəmələrinə müraciət ediblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar