Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Baş prokuror Kamran Əliyev Əmr imzalayıb

Baxılıb: 1 125     Tarix: 24-01-2025 14:52   
 
Siyəzən rayonuna yeni prokuror təyin edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayııb.
Əmrə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.


2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İ. Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, habelə Bakı Şəhər Prokurorluğunda idarə və şöbə prokuroru vəzifələrində işləyib.
Baş prokurorun digər Əmri ilə Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.


2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Y. Novruzov əvvəllər Qaradağ Rayon Prokurorluğunun müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.
Bu təyinata qədər Yusif Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking