Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların problemlərini dinlədi

Baxılıb: 1 800     Tarix: 24-01-2025 15:22   

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bu gün Mərzili kənd sakinlərinin məskunlaşdığı Ergi adlanan ərazidə səyyar qəbul-görüş keçirib.
Bu barədə xəbər verir ki, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Qəbulda çıxış edən icra başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək belə səyyar görüşlərin davamlı olacağını bildirib.
V. Həsənov dövlət başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib. “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək haqqında Prezidentin 3587 nömrəli Sərəncamının 3.1.2-ci bəndinin icrası ilə əlaqədar məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı məlumat verib.
İcra başçısı qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerindəcə həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək prosesi nəzarətə götürüb.

Qəni Hüseynov





 шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar