Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran XİN-nə cagrıldı

Baxılıb: 1 069     Tarix: 24-01-2025 16:17   

 Bu gün Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktoru və nazirin köməkçisi Müctəba Dəmirçili ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivi müzakirə edilib.
Müctəba Dəmirçili Azərbaycanda təhsil alan iranlı tələbələrin əxlaqsızlığına görə qovulmasına diqqət çəkib və “bunu iki xalq arasında münasibətlərə xələl gətirən hal kimi qiymətləndirərək, Tehranın etirazını bildirib və bu cür neqativ halların səbəbkarları ilə mübarizə aparılmasını istəyib”.
O, iki ölkə arasında münasibətlərdə müsbət irəliləyişlərə toxunaraq, sazişlərin həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səylərinin zəruriliyini vurğulayıb.

Qanunvehedef.az 



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar