Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tramp ABŞ-nin bu ölkələrdəki konsulluqlarını bağlayır

Baxılıb: 1 063     Tarix: 12-02-2025 09:42   

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün ölkənin bir neçə konsulluğunu bağlaya bilər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə çərşənbə axşamı NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, söhbət Sakit okean adaları, Kanada və Meksikadakı, həmçinin Avropada, xüsusilə Almaniya və Fransadakı konsulluqlardan gedir.
Telekanal qeyd edir ki, Tramp artıq bu təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Dövlət Departamenti isə öz növbəsində konsulluqlardan fəaliyyətləri ilə bağlı məlumat tələb edib.

  Qeyd edək ki, Trampın inauqurasiyasından dərhal sonra, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ büdcəsinin xərclər bölmələrinin genişmiqyaslı yoxlanışına başlayıb. Ümumilikdə, iş adamı dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.

Qanunvehedef.az









Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar