Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Türkiyə ilə əməkdaşlığın tərəfdarıyam, amma...”

Baxılıb: 1 193     Tarix: 17-02-2025 14:35   

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyənin Fransadan “Meteor” raketlərini əldə etməsinin qarşısını almağa çalışdıqlarını etiraf edib.
Qanunvehedef.az “Hurriyet”ə istinadən xəbər verir ki, Mitsotakis Türkiyəyə qarşı müdafiə sənayesini inkişaf etdirmək üçün tədbirlərə başladıqlarını bildirib.
O, eyni zamanda Türkiyə ilə bir çox sahədə əməkdaşlıq etməyin lazım olduğunu sözlərinə əlavə edib: “Sərhədləri paylaşdığımız və coğrafiyanın bizim yanyana olmağımızı istədiyi ölkələrlə mehriban qonşuluq münasibətlərinin tərəfdarıyam. Amma mən saf deyiləm. Ölkəmiz xaricdə də güclü ittifaqlar qurur. Biz milli müdafiəmizi daha da gücləndirəcəyik”.
Qeyd edək ki, bir müddət öncə K.Mitsotakisn Fransa Prezidenti Emmanuel Makronla görüşündə Türkiyəyə “Meteor” raketlərini satmamağı xahiş etdiyi, lakin rədd cavabı aldığı barədə məlumat yayılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar