Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Prezidentdən Qambiyalı həmkarına məktub

Baxılıb: 1 085     Tarix: 18-02-2025 12:02   

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrouya məktub ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
Biz Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk. Bu gün həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla inkişaf etməsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq
və rifah arzulayıram”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar