Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Birol Akgün: “Azərbaycan məhəlləsi” dostluğumuzun əbədi nişanəsidir”

Baxılıb: 946     Tarix: 19-02-2025 11:57   

“Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi” Azərbaycan və Türkiyə dostluğunun əbədi nişanəsidir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu gün Bakıda “Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.
Səfir bildirib ki, Türkiyə də daim Azərbaycanın yanında olacaq: “Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, biz də daim qardaş ölkənin yanındayıq. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cümləsidir. Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə daim hazırıq.
Bizim qardaşlığımızda hesab-kitab olmaz. Bu səbəbdən bir-birimizə iki qardaş deyirik. Çünki Türkiyədəki zəlzələdə kədərimizi Azərbaycan qədər hiss edən olmadı. Vətən müharibəsi zamanı hər kəndin necə azad edildiyini böyük həyəcanla izlədik və medianın dezinformasiyalara qarşı necə mübarizə apardığını gördük. Bu baxımdan media dayanışması önəmlidir”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar