Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rəcəb Tayyib Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Baxılıb: 1 137     Tarix: 19-02-2025 12:11   

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ankaraya səfər edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.
Qanunvehedef.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, liderlər arasında danışıqlarla yanaşı, Türkiyə liderinin ukraynalı həmkarı Volodimir Zelenskini qarşıladığı anlar sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəmə çevrilib.
Belə ki, rəsmi qarşılanma mərasimi zamanı yağış yağdığından Ərdoğan çətirini Zelenski ilə paylaşıb və tərəflər çətirlə birgə foto çəkdirib.
Ərdoğanın bu jesti və sözügedən foto sosial şəbəkələrdə Türkiyənin Ukraynaya verdiyi dəstəyin simvolik ifadəsi olaraq şərh edilib.
Eyni zamanda, həmin foto iki ölkə arasında dost münasibətlərini gücləndirən detal olaraq qiymətləndirilib.
Onu da xatırladaq ki, Ankaradakı görüşə paralel olaraq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar keçirilib.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar