Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Baş Prokuror Kamran Əliyev xanımlara yüksək vəzifə verildi - Foto

Baxılıb: 1 098     Tarix: 20-02-2025 16:11   
 
Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Baş Prokuror Kamran Əliyev müvafiq əmrinə əsasən Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.
Suad Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.
Digər müfaviq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.
Qeyd olunub ki, prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.




Qanunvehedef.azшаблоны для dle 11.2