Xəbər lenti
Arxiv
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 

Ana dilimizsi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur

Baxılıb: 924     Tarix: 25-02-2025 10:45   
   
  Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
  Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
 Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
 21 Fevral 2025-ci il tarixində Binə qəsəbəsi 117 saylı məktəbdə Beynəlxalq Ana Dili Günü tədbiri keçirildi. Qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, şagirdlərimiz yüksək səviyyədə öz bacarıq və istedadlarını səhnədə yüksək səviyyədə nümayiş etdirdilər.
Şagirdlərdə Ana dilinə olan bu sevgi, vətənpərvərlik, həqiqətən də qürurverici idi. Onların dilimizə olan sevgisi, ədəbiyyatımıza olan marağı çıxışlarında bir daha öz təsdiqini tapdı. Gənc nəslin bu istedadı məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
Sonda məktəbin direktoru Ülkər Hüseynova şagirdlərə  və tədbir təşkilatçısına, iştrakçılara minnətdarlığını bildirdi.
  Ülkər müəllim bu fikirdədir ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. O, tədbir günü saytımıza verdiyi müsahibədə bildirib ki, bu məqam millətin millət olaraq təsdiqidir: “Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.
  Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Belə ki, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.
  Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlsının müqəddəs borcudur”.

Qəni Hüseynov


         
шаблоны для dle 11.2



Son xəbərlər