Xəzər rayonunda Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın ailə üzvləri ilə görüş keçirilib
Baxılıb: 1 068 Tarix: 26-02-2025 12:27

25 fevral 2025-ci il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri, Aparatının şöbə müdirləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xəzər rayon bölməsinin müdiri Şəhla Xələfova və Xocalıdan olan şəhid ailələri iştirak ediblər.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Xocalı faciəsinin dəhşətləri və ermənilərin insanlığa sığmayan cinayət əməlləri barədə danışıb. 44 günlük Vətən Müharibəsində qazanılan zəfərə toxunan E.Salahov bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəsələr də, ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdiyini, qəhrəmanlıq və dəyanət göstərdiyini vurğulayıb.
Görüşdə iştirak edən Xocalı şəhid ailələri 1992-ci ilin 26 fevralında erməni faşistləri tərəfindən törədilmiş faciədən danışdılar. Onlar bildirdilər ki, Xocalıda yaşayan 7 min əhalidən min nəfərdən çoxu qətl edildi və itkin düşdü. Qarlı meşədən keçərək Ağdama üz tutan sakinlərin çoxu donvurmadan həyatlarını, sağlamlıqlarını itirdilər. Xocalı faciəsi XX əsrdə törədilmiş ən qanlı terror hadisəsi idi. Bu gün antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş Xocalı şəhərində yeni dövr başlanır. Artıq Xocalı sakinləri doğma evlərinə qayıdır. Tezlikə biz də evlərimizə evlərimizə qayıdacaqıq.
Xocalı sakinləri öz doğma şəhərlərinə qaytaran ordumuza və Ali Baş Komandana öz minnəttarlıqlarını dərin bildirdilər.
Sonda görüş iştirakşılarına Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımları göstərilmiş və xatirə şəkli çəkilmişdir.
Qəni Hüseynov

Ən çox oxunanlar
Son xəbərlər