Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xocalı faciəsinin qurbanları heç vaxt unudulmayacaq

Baxılıb: 1 799     Tarix: 28-02-2025 10:40   
  
26.02.2025-ci il tarixdə Paytaxtın Xəzər rayonunda yerləşən şəhid Sabir Abbasov adına 117 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yasəmən Mədətova və 5E sinif şagirdləri Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir təşkil ediblər. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər və valideynlər iştirak etmişdir. 
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamış və Şəhidlərimizin əziz xatirəsi bir dəqiq sükutla yad edilmişdir. Sonra şagirdlər tərəfindən hazırlanmış müxtəlif şer, mahnı və səhnəciklər göstərilmişdir.
Bununla yanaşı, məktəbin təsviri incəsənət müəllimləri tərəfindən də rəsm sərgisi, dil ədəbiyyat müəlliminin inşa müsabiqəsi təşkil edilmişdir. Tədbirdə çıxış edənlər ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən insanlığa sığmayan vəhşiliklərdən, günahsız insanların başına gətirilən müsibətlərdən danışıblar.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı.
Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha təsdiqlədi.

Qəni Hüseynov




шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar