Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qəzzalı qız Ərdoğana sevgisini belə bildirdi - Fotolar

Baxılıb: 736     Tarix: 12-03-2025 10:27   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Fələstindən olan ailələrlə birgə iftar məclisində iştirak edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ərdoğan “X” hesabında paylaşım edib.
Tədbirə əsasən Qəzza zolağından olan ailələr qatılıb.
Türkiyə lideri Beştepe Millet Sergi Salonunda təşkil edilən iftar zamanı çıxış edib və qəzzalılara dəstəyini bir daha vurğulayıb.
Tədbir zamanı qəzzalı uşaqların Ərdoğanın ətrafına toplaşması, onunla foto çəkdirməsi fotoqrafların obyektivindən yayınmayıb.
Burada kiçik qəzzalı qızın Türkiyə prezidentinə sevgisini ifadə etdiyi anlar böyük maraqla qarşılanıb. Belə ki, Ərdoğanın alnından öpən qızın fotosu Türkiyə mediasında və sosial şəbəkələrdə geniş paylaşılıb.






Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar