Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İlham Əliyev Banqladeş Prezidentini təbrik etdi

Baxılıb: 537     Tarix: 26-03-2025 13:47   

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib.
Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Banqladeş münasibətlərinin genişləndirilməsinə və əməkdaşlığının yeni məzmunla zənginləşdirilməsinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bunun üçün yaxşı imkanlar yaratmışdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizə və dost Banqladeş xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram”.

Qanunvehedef.az



{sape_links}{sape_article}