Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi

Baxılıb: 729     Tarix: 01-04-2025 15:43   

Pakistanın keçmiş Baş naziri, “Ədalət naminə hərəkat” müxalif partiyasının təsisçisi İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərilib.
Qanunvehedef.az “The Times of India” portalına istinadən xəbər verir ki, İ.Xanın namizədliyini “Pakistan World Alliance” hüquq müdafiə təşkilatı irəli sürüb.
Bildirilib ki, keçmiş Baş nazir Pakistanda demokratik dəyərlərin və insan haqlarının qorunmasına verdiyi töhfəyə görə namizəd olaraq göstərilib.
Siyasətçi daha əvvəl də, 2019-cu ildə bu mükafata namizəd kimi irəli sürülmüşdü.
Xatırladaq ki, İ.Xan 2018-2022-ci illərdə Pakistanın Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Xan 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar