Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib

Baxılıb: 1 515     Tarix: 19-03-2025 11:26   
 


Elimizə-obamıza bahar gəlib! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Qeyd edək ki, Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir. Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanıb.18.03.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən Şəhid Sabir Abbasov adına 117 nömrəli tam orta məktəb məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimləri Gülnar Dadasova, Nərmin Yusifova və şagirdlərinin təşkilatçılığı ilə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir bədii hissə ilə davam etdirilib. Tədbirdə müxtəlif şerlər, musiqilər və adət-ənənələri əks etdirən səhnəciklər təqdim edilib. Novruzun məzəli personajları Kosa və Keçəlin meydanda görünməsi bayram şənliyinə yeni ahəng gətirmişdir.
Sonda məktəbin direktor əvəzi Ülkər Hüseynova öz ürək sözlərini tədbir təşkilatçılarına çatdırmış və Novruzun mənşəyi, tarixi kökləri haqqında danışmışdır. Demişdir ki, təbiətin oyanmasının müjdəçisi olan Novruz əsl dünyəvi bayramdır.

Qəni Hüseynov

 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar