Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev Seneqal Prezidentini təbrik etdi

Baxılıb: 771     Tarix: 04-04-2025 11:34   

Azərbaycan Prezidenti İlham Əliyev Senqal Prezidenti Bassiru Diomaye Fayeyə məktub ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Biz Azərbaycan ilə Seneqal arasında əlaqələrə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsinə nail ola bilərik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Seneqal xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar