Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Serbiya dövlətində endokrinoloq Baş nazir vəzifəsinə gətirilir

Baxılıb: 923     Tarix: 07-04-2025 11:14   

Serbiyada aprelin 18-nə qədər yeni hökumət təsdiq edilməlidir.
Qanunvehedef.az “Politico”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Serbiya Prezidenti Aleksandr Vuçiç açıqlayıb.
Bildirilib ki, ölkənin yeni Baş naziri postunu isə siyasi arenada yeni olan Curo Maçut tutacaq.
“Politico” yazır ki, siyasi təcrübəsi olmayan və ixtisasca endokrinoloq olan yeni Baş nazir, çox güman, 2027-ci ilə qədər bu vəzifəni tutacaq. Belə ki, həmin il Serbiyada həm parlament, həm də prezident seçkiləri keçiriləcək.
Qeyd edək ki, C.Maçut Serbiyada uzun müddətdir etiraz aksiyası keçirən tələbələr qarşısında çıxışından sonra tanınıb. Bu zaman o, tələbələrin tezliklə universitetə qayıdacağına ümid etdiyini bildirib və vurğulayıb ki, siyasət universitetin bir hissəsi olmamalıdır.
Onu da xatırladaq ki, Serbiya hökuməti ölkədə bir neçə aydır davam edən etiraz aksiyalarından sonra martda istefa verib. Aksiya iştirakçıları 2024-cü il noyabrın 1-də Serbiyanın Novi-Sad şəhərində dəmiryolu vağzalında beton talvarın uçmasına görə rəhbərliyin cinayət məsuliyyətə cəlb edilməsini tələb edirlər. Həmin hadisə zamanı aralarında uşaq da olmaqla 15 nəfər həlak olmuşdu.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar