Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı

Baxılıb: 398     Tarix: 23-04-2025 09:58   

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımla bağlı əyanatından sonra sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır.
Nəşr yazır ki, Zelenski jurnalistlərə bu variantı qəbul etmədiyini söylədikdən sonra Rubionun səfəri ləğv edilib.
Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, Londonda keçiriləcək görüşdə ABŞ yeddi bəndlik həll planını təqdim edəcək.
Qeyd edək ki, iclasda Böyük Britaniya, Fransa və Ukrayna nümayəndələri də iştirak edəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar