Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Heydər Əliyev Qaradağda da yad olundu - Fotolar

Baxılıb: 750     Tarix: 10-05-2025 12:03   

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev abidəsi önündə anım tədbiri keçirilib.
Qanunvehedef.az xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın üzvləri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər, eləcə də əsgərlər, rayonun tanınmış ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Liderin abidəsi önünə güllər düzərək onun xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Ulu Öndərin Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində oynadığı misilsiz rol, müdrik və uzaqgörən siyasəti nəticəsində ölkənin əldə etdiyi uğurlar tədbir iştirakçıları tərəfindən dərin hörmət və minnətdarlıq hissi ilə yad edilib.
Yüksək təşkilatçılıqla keçirilən mərasimdə minlərlə insanın iştirakı xalqın Ümummilli Liderə olan böyük sevgisinin və ehtiramının bariz nümunəsi kimi qiymətləndirilib.







Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar