Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev bu vəzifəni Rəşad Nəbiyevə həvalə etdi

Baxılıb: 717     Tarix: 13-05-2025 11:36   

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Prezidentin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına dəyişiklik edilib.
Qanunvehedef.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra Komissiyanın sədri rəqəmsal inkişaf və nəqliyyat naziri olacaq.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Katiblik funksiyaları da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Qeyd edək ki, əvvəllər bu funksiya Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyində idi.
Xatırladaq ki, Komissiyanın əsas vəzifələri dövlətin informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsi, onların mənbələri, istiqamətləri və formalarının, eləcə də təhdidlərin vura biləcəyi mümkün zərər və təsirlərin mütəmadi təhlilinin aparılmasıdır.
Komissiya, həmçinin kibertəhdidlərin qarşısının alınması və neytrallaşdırılması istiqamətində dövlət qurumlarının fəaliyyətini əlaqələndirir və ölkənin kritik infrastrukturlarına qarşı kiberhücumlara operativ reaksiya verilməsini təmin edir.
Məlumat üçün bildirək ki, hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar