Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Baydenə xərçəng diaqnozu qoyuldu

Baxılıb: 744     Tarix: 19-05-2025 09:07   

ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.
Qanunvehedef.az xəbər verir ki, Baydenin ofisindən onun səhhəti ilə bağlı yazılı açıqlama verilib.
Açıqlamada Baydenin keçən həftə sidik ifrazı əlamətlərindən sonra həkimlər tərəfindən müayinə edildiyi, mayın 16-da ona sümüklərə metastaz verən aqressiv prostat xərçəngi diaqnozunun qoyulduğu bildirilib.
Baydenin ailəsi ilə müalicə variantlarını müzakirə etdiyi və tezliklə müalicəyə başlayacağı da ictimaiyyətlə paylaşılıb.
ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabından Baydenlə bağlı paylaşım edib: 
“Melaniya və mən Co Baydenə qoyulan son tibbi diaqnozdan çox kədərləndik. Cill və onun ailəsinə ən səmimi,ən xoş arzularımızı çatdırırıq, Coya tezliklə sağalmağı arzu edirik”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar