Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Milli Məclisin (MM) sədri Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir

Baxılıb: 1 014     Tarix: 19-05-2025 11:45   

Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfərə gəlib.
Bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Madrid şəhərinin Barahas Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıb.
Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq.
Rəsmi səfər mayın 20-də başa çatacaq.

Qanunvehedef.az



{sape_links}{sape_article}