Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda stomatoloqiar aksiyaya hazırlaşır

Baxılıb: 848     Tarix: 19-05-2025 15:47   

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara qəribə tələb qoyulub. Belə ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur. Bu qeyri-rəsmi tələb stomatoloqların ciddi narazılığına səbəb olub.
Qanunvehedef.az xəbər verir ki Azərbaycanda fəaliyyət göstərən stomatoloqların qrupundan Unikal-a bildirilib ki, may ayının 22-də 400-dən çox stomatoloq TƏBİB-in binasının qarşısında etiraz aksiyası keçirilməsi nəzərdə tutulub:
“Etiraz aksiyasına səbəb paytaxtda çalışan stomatoloqlardan aylıq 1 800 manat, regionlarda fəaliyyət göstərən həmkarlarımızdan isə 1 200 manat pul vəsaitinin tələb edilməsidir. Qeyd edilib ki, ödənişlər xəstələrdən alınan pullar hesabına yığılmalıdır. Vurğulayaq ki, bu pul vəsaitləri qeyri-rəsmi formada tələb olunur. Reallığa baxsaq, biz xəstələrdən o qədər ödəniş ala bilmirik. Bizim rəsmi maaşımız cəmi 500 manatdır.
İş prosesində bizə lazım olan tibbi vasitələri öz pulumuzla alırıq. TƏBİB bizə cəmi bir neçə tibbi vasitə təqdim edir, onlar da demək olar ki, istifadə olunmur.
Şəhər və rayon tibb mərkəzlərindən bizə bildirilib ki, bu ödənişləri həyata keçirməyən stomatoloqlar işdən azad olunacaqlar.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edəcəyik”, - deyə qeyd olunub.

Qanunvehedef.az шаблоны для dle 11.2