Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Özbəkistan Prezidenti Mirziyayev Azərbaycanla bağlı mühüm qanunu imzalayıb

Baxılıb: 912     Tarix: 20-05-2025 14:04   

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, sənəd Özbəkistan parlamentinin saytında dərc olunub.
“Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilə ratifikasiya edilsin”, - mətndə qeyd olunub.
Özbəkistan Senatından bildirilib ki, sənəd tərəflərin bir-birinə qarşı yönəlmiş heç bir blok və ya ittifaqda iştirak etməmək, tərəflərdən birinin fikrincə, iki dövlətin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə xələl gətirə biləcək hər hansı hərəkətlərdə iştirak etməmək öhdəliyini müəyyən edir:
“Bundan əlavə, saziş siyasi əməkdaşlığın genişləndirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafı, yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır”.
Qeyd edək ki, saziş 2024-cü il avqustun 23-də Daşkənddə Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar