Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kremldən məlumat sızdı: Putini bu cür öldürmək istəyirdilər...

Baxılıb: 777     Tarix: 26-05-2025 14:31   

Kursk vilayətinə səfəri zamanı Vladimir Putinin helikopterinin PUA hücumunun episentrində olması təsadüf deyildi. Bu hadisə Vladimir Vladimiroviçə qarşı Rusiyanın daxili düşmənləri tərəfindən həyata keçirilən sui-qəsd kimi qiymətləndirilməlidir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.
“Burada çoxları bu haqda danışır, amma hamı açıq danışmaqdan qorxur. Mən qorxmuram. Əminəm ki, onlar qəsdən Vladimir Vladimiroviçin helikopterini düşmən PUA-larının hücumuna məruz qoymaq istəyirdilər ki, qəzaya uğrasın. Sadəcə başqa cür ola bilməzdi! Putinə qarşı sui-qəsd cəhdi hərbi əməliyyatların tezliklə bitəcəyinə və əvvəlki kimi yaşaya biləcəklərinə ümid bəsləyən daxili düşmənlərin işidir. Onlar düşünürlər ki, Vladimir Vladimiroviç olmasa, Qərblə və ya Kiyev rejimi ilə razılığa gələcək, özlərinə qarşı sanksiyaları qaldırıb yaxşı yaşamağa başlayacaqlar. Boş yerə ümid edirlər, heç nə onların xeyrinə olmayacaq!”, - mənbə bildirib.
Qeyd edək ki, Rusiya Hava Hücumundan Müdafiə diviziyasının komandiri Yuri Daşkin Prezidenti Vladimir Putinin Kurska səfəri zamanı helikopterinin PUA hücumuna məruz qaldığını demişdi.

Qanunvehedef.az шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar