Xəzər rayonunda “Müstəqillik bayramı - Gənclik, incəsənət və əl əməyi” adlı sərgi-satış yarmarkası keçirilib
Baxılıb: 2 119 Tarix: 27-05-2025 13:15

“28 May Müstəqillik Günü”nə həsr olunmuş tədbir Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayının qarşısında təşkil olunmuşdur. Yarmarkada Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və rayonun ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin əl işləri nümayiş olunub. Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, RİH Aparatının əməkdaşları, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatlar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılaraq, aparıcı tərəfindən bu əlamətdar günün tarixi barədə qonaqlara məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə xüsusi yeri vardır. Ulu öndər Heydər Əliyev deyirdi:
“Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dahi şəxsiyyətin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sevgi özünü göstərməkdədir.
Belə ki, 28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi ehtiramla yad olunur.
Qonaqlar gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxış keçirdikdən sonra sərgi-satış yarmarkasına start verilmişdir.
Dülgərlik, dərzilik, mebel quraşdırma, aşpazlıq, qənnadıçılıq zərgərlik, aqronomluq və digər profillər üzrə sərgilənən, həmçinin satışa çıxarılan əl işləri tədbir işçirakçıları tərəfindən maraqla qarşılanmışdır. Şagirdlər il ərzində emalatxanalarda hazırladıqları əl işləri onların yalnız peşə bacarıqlarını deyil, həm də yaradıcı potensiallarını əks etdirib. Yarmarka rayonun gənc musiqiçilərinin ifası ilə rəngləndirilmişdir.
Qəni Hüseynov



Ən çox oxunanlar
Son xəbərlər