Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əliyev Ərdoğanla Şahbaz Şərifi sabah Laçında qarşılayacaq

Baxılıb: 998     Tarix: 27-05-2025 13:30   

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif mayın 28-də Laçın şəhərində beynəlxalq hava limanının açılışında iştirak edəcək.
Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək:
“Açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şərif iştirak edəcək”.
Xatırladaq ki, Azərbaycanın işğaldan azad etdiyi rayonlarda inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı da 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilib.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış lentini də birlikdə kəsib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar