Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Poeziya çələngi” Qəni Hüseynov

Baxılıb: 2 436     Tarix: 10-06-2025 13:04   

    Mənim salamımı yetir dağlara. Şəlvə dərəsinin Qartal oğlu  Ənvər Alırza oğluna xitabə

İnam nə boydadı,isdək nə boyda,
Əl uzadır, əli  catır dağlara,
Sevgi nə boydadır, həvəs nə boyda,
Özü təkan  verib, qalxır dağlara.
Mayasıda o dağlardan tutulub,
Qovuşuqda dağ suyuyla yuyulub,
Qartal kimi zirvələrdə qovrulub,
Həvəs,isdək hey qaldırır dağlara.
Minibdi köhləni,köhlən belində,
Köhnə kişilərdən öyüd alıb,bilində,
Elə bilki dağlar bitib dilində,
Hicran,həsrət  ,hey qaldırır dağlara.
Dağlar oğlu,dağ döşündə doğulub,
Qəhərdən,kədərdən elə bilki,boğulub,
Qızıl qaya,Arxud bulaq, yol olub,
Qalxdıqca,hey qalxır ,uca dağlara.
Atası,babası gəzdiyi oylaq,
Necə ildir düşüb, aralı yaylaq,
Muxtökən,Nərdivan,yaralı yaylaq,
Artıq qovuşmuşuq  zirvə,dağlara.
Ay Ənvər bilirəm nəyi gəzirsən,!
Arzu,muradıma catım deyirsən,
Alırza kişinin ,ayaq izin gəzirsən,
Sözümü, ünümü  catdır dağlara.
Qənidə Arxudun döşündən əmib,
Sağsağanlı,Uzun yalda cox gəzib,
Səbətkecməz ,  Dəlidağa yol kecib,
Mənim salamımı yetir dağlara.!

07.06.2024.
Qəni Hüseynov
 
 
 




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar